Qalyan: “Ermənistan yeni Konstitusiyası yazılır”

      Qalyan:    “Ermənistan yeni Konstitusiyası yazılır”
  28 Noyabr 2025    Oxunub:1064
Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı ilin martında hazır olmalıdır.
AzVision.az xəbər verir ki, Ermənistanın Ədliyyə naziri Srbui Qalyan Konstitusiya İslahatları Şurasının növbəti iclasında belə deyib.

“Mən Ədliyyə nazirliyinin mətnin hazırlanması və onun işlənib hazırlanma müddəti ilə bağlı üzərinə götürdüyü öhdəliyi bir daha qeyd etmək istərdim. Konkret olaraq, öhdəlikdə qeyd edilir ki, konstitusiyanın yeni mətni mart ayına qədər hazır olmalıdır”, - Qalyan vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra ölkənin yeni konstitusiyasına dair referendumun keçirilməsinin zəruri olduğunu bəyan edib.

- Bu yanaşma siyasi qüvvələrin konstitusiyaya dəyişikliklərlə bağlı öz mövqelərini ictimaiyyətə çatdırmasına imkan verəcək və yeni konstitusiyanın hazırlanmasında ən çox səs toplayan siyasi qüvvənin rəyi həlledici olacaq”, - Nikol Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, 2026-cı ilin iyun ayına təyin olunmuş parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbulu üzrə ireferendumun keçirilməsi dövlət idarəçiliyinin gələcək modelinin müzakirəsi üçün daha şəffaf və legitim prosesi təmin edəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   konstitusiya  



Xəbər lenti