Rusiya Hindistana qoşun göndərilməsi haqqında qərar verib

Rusiya Hindistana qoşun göndərilməsi haqqında qərar verib
  28 Noyabr 2025    Oxunub:390
Rusiya hökuməti Hindistanla qoşunların qarşılıqlı yerləşdirilməsini tənzimləyən ikitərəfli sazişi ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.
AzVision.az xəbər verir ki, sənəd parlamentin onlayn bazasında dərc olunub.

2025-ci il fevralın 18-də Moskvada imzalanmış saziş hər iki ölkənin hərbi birləşmələrinin, gəmilərinin və təyyarələrinin qarşılıqlı göndərilməsi, eləcə də maddi-texniki təminatın təşkili qaydalarını müəyyənləşdirir.

İzahat sənədində bildirilir ki, saziş birgə təlimlər, humanitar yardım, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi hallarda tətbiq olunacaq. Digər vəziyyətlərdə isə tərəflər razılaşma əsasında qərar verəcəklər.

Nazirlər Kabineti hesab edir ki, sənədin ratifikasiyası Rusiya–Hindistan hərbi əməkdaşlığını daha da gücləndirəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti