“Air France” 35 aviareysi ləğv edib
“Airbus” aviaşirkətlərə 6 mindən çox “A320” tipli təyyarədə istifadə edilən xüsusi idarəetmə proqramının Günəş radiasiyasına həssas olduğu barədə məlumat verib və uçuşların dərhal dayandırılmasını tələb edib. Proqram təminatının mümkün nasazlığı ciddi risk yaradacağı üçün onun təcili şəkildə yenilənməsi istənilib.
Paris aeroportu “Air France” və “Airbus”dən gələn məlumatları təsdiqləyərək, paytaxtdan çıxmalı olan on reysinləğv edib. “Air France” isə “France Télévisions”a açıqlamasında ölkə üzrə ümumilikdə 35 reysin təxirə salındığını təsdiqləyib.
“Airbus”un göstərişinə uyğun olaraq noyabrın 29-da da əlavə ləğvlər gözlənilir. “Air France” bildirir ki, “sərnişinlər əvvəlcədən SMS vasitəsilə xəbərdar edilir.”
Şirkət həmçinin bu günün uçuş cədvəlini yenidən təşkil etməyə başlayıb.
AzVision.az
Teqlər: AyrFranse reyslər ləğv







Vaxtında, Aydın, Lazımlı!


