DİN: “Ötən gün 43 cinayətin açılması təmin edilib”

 DİN:  “Ötən gün 43 cinayətin açılması təmin edilib”
  29 Noyabr 2025    Oxunub:1060
Ötən gün polis əməkdaşları ölkə ərazisində qeydə alınan 39, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılmasına müvəffəq olublar.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 341, o cümlədən borclu şəxs qismində axtarışda olan 319 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   cinayətlər   saxlanmalar  



Xəbər lenti