Əhalinin bank əmanətləri 12 %-ə yaxın artıb
Bunun 53,2 %-i, yaxud 22 milyard 142,9 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 12,2 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 11,5 % artaraq 15 milyard 907,1 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 17,1 % artaraq 3 milyard 539,4 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 21 milyard 585,3 milyon manatı (il ərzində 2 % çox) qısamüddətli, 20 milyard 4,2 milyon manatı (26,1 % çox) isə uzunmüddətli olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


