Gündə 120 metr

// Rusiya Ordusunun orta irəliləmə sürəti belədir

   Gündə 120 metr
  30 Noyabr 2025    Oxunub:1592
Rusiya indiki hücum tempi ilə Donetsk vilayətini 2027-ci ilin avqustundan tez tuta bilməyəcək. Müharibə Araşdırmaları İnstitutunun (ISW) ekspertləri cəbhədəki son vəziyyəti təhlil edəndən sonra belə qərara gəliblər.
Hesabatda deyilir ki, Rusiya Ordusu çox ləng irəliləyir, müharibə olduqca böyük xərc aparır, rusların qələbəsi isə inandırıcı görünmür.

Hazırda rusların qüvvələri Pokrovsk və Mirnoqrad istiqamətlərində Ukrayna Ordusunun qətiyyətli müqavimətilə üzləşiblər. Onların orta irəliləmə tempi hazırda gündə 120 metrdir. İlk dəfə iyulun 31-də girdikləri Pakrovsk şəhərinin indiyə qədər ancaq 66%-nə nəzarəti ələ keçirə biliblər. Halbuki, azı iki ordu qruplaşması 118 gündən çoxdur şəhərə hücum edir.

Hesabatda o da vurğulanır ki, Rusiya komandanlığı bütün qüvvələrini Donets istiqamətində cəmləşdirə bilməyəcək. Çünki Kreml bütün cəbhə xəttində təzyiqi davam etdirməyə çalışır. Bu isə resursların pərakəndəliyinə səbəb olur.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Müharibə   Rusiya   Ukrayna  



Xəbər lenti