Katolikos “Made in USA”

// Paşinyan ermənilərə ABŞ-dan dini lider gətirmək istəyir

   Katolikos    “Made in USA”
  30 Noyabr 2025    Oxunub:2254
Ermənistanın baş naziri Nikol Paşinyanın Katalikos vəzifəsinə iki əsas namizədi var. Bunlardan biri Erməni Apostol Kilsəsinin ABŞ-dəki Qərb yeparxiyasının sədri Hovnan Derderyan, digəri isə Kilikiya katalikosu I Aramdır.
“Joxovurd” qəzeti yazır ki, hökumət ölkədəki vəziyyət tam aydınlaşana qədər bu iki şəxsin iqtidara sadiq qalacaqlarına ümid edir.

Bu əsnada bir qrup erməni yepiskopu yenidən bəyanat yayaraq, katalikos II Qaregini istefaya getməyə çağırıblar. Bəyanatda deyilir ki, din xadimlərinin daxili siyasətə qarışması, insanları mitinqlərə çağırması yolverilməz və bağışlanmazdır.


Maraqlıdır ki, hazırda İstanbulda olan Roma Papası XIV Lev “Surb Astvasasin” kilsəsində liturgiya zamanı Türkiyənin erməni icmasına və II Qareginə salamlarını göndərib. O, erməni kilsəsi ilə Vatikan arasında qardaşlıq əlaqələrinin getdikcə gücləndiyini vurğulayıb.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Ermənistan   Katalikos  



Xəbər lenti