Vitkof Putinlə görüşəcək

   Vitkof Putinlə görüşəcək
  01 Dekabr 2025    Oxunub:780
ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof, həmçinin Prezident Donald Trampın kürəkəni Cared Kuşner bu gün Rusiyanın paytaxtı Moskva şəhərinə yollanacaqlar.
"The Wall Street Journal" qəzeti amerikalı diplomatlara istinadən yazır ki, onlar Rusiya tərəfinin nümayəndələri ilə görüşəcək, Ukrayna üzrə sülh müqaviləsi ətrafında müzakirələr aparacaqlar.

Eyni zamanda, Stiv Vitkofun sabah Prezident Vladimir Putinlə ayrıca görüşü nəzərdə tutulur.

Digər tərəfdən, ABŞ-nin ordu naziri Den Driskolun bu həftə paytaxt Kiyevə səfəri, Ukrayna tərəfi ilə danışıqlar aparması planlaşdırılır.

Xatırladaq ki, dünən Stiv Vitkof, Cared Kuşner, həmçinin Dövlət katibi Marko Rubionun iştirakı ilə dünən Florida ştatında Ukraynanın nümayəndə heyəti ilə sülh müqaviləsi istiqamətində 4 saatlıq görüş baş tutub.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Rusiya   Ukrayna   müharibə   danışıqlar  



Xəbər lenti