Eyni zamanda, Nikolas Maduronun rəhbərliyində Venesuelanın hökumət nümayəndələri müxtəlif kanallar vasitəsilə ABŞ ilə qeyri-rəsmi danışıqlar aparıblar:
"Nikolas Maduro danışıqların yekununda istefaya razılıq verib, ancaq 18 ay möhlət istəyir".
Son aylarda ABŞ və Venesuela arasında gərgin münasibətlər Vaşinqton tərəfindən bu ölkədə narkoşəbəkələrin fəaliyyəti bəhanəsi irəli sürülərək başlayıb. Donald Tramp bu minvalda Karib dənizində ABŞ-nin hərbi gücünün artırılması barədə tapşırıq verib. O, Venesuela hökumətini və birbaşa Nikolas Maduronu narkoşəbəkələrlə əlbirlikdə təqsirləndirir. Öz növbəsində, rəsmi Karakas bu cür ittihamları ölkənin suverenliyinə açıq təhlükə sayaraq vurğulayır ki, Vaşinqtonun əsl hədəfi rejim dəyişikliyidir.
|
| Politico: "Tramp Maduronu Azərbaycana sürgünə göndərə bilər" |
"The Politico" onlayn qəzeti öz mənbələrinə istinadən diqqətə çatdırır ki, Vaşinqton venesuelalı "diktator"un taxtından devrilməsini gözləyir. Donald Tramp hökuməti nümayəndələri belə bir şəraitdə necə addımlar atılacağı barədə artıq öz təkliflərini irəli sürürlər. Sürgün planı xüsusilə nəzərə çarpır. Belə ki, gözlənilən nəticə meydana gələrsə, Nikolas Maduronun Türkiyəyə, Rusiyaya, Kubaya, yaxud Azərbaycana "təhlükəsiz şəkildə" sürgünə yollanılması barədə söhbətlər aparılır.
Firudin Həmidli
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


