Hikmət Hacıyev: "Müharibə və münaqişə başa çatıb"

      Hikmət Hacıyev:    "Müharibə və münaqişə başa çatıb"
  01 Dekabr 2025    Oxunub:1617
"Azərbaycan üçün müharibə və münaqişə başa çatıb. Biz sülhü möhkəmləndirməliyik".
AzVision.az "Eutoday"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh regiona rifah və inkişaf gətirməli, həmçinin qonşular arasında qarşılıqlı əlaqələri möhkəmləndirməlidir.

O əlavə edib ki, Zəngəzur dəhlizi Avrasiyanın kökündən dəyişməsinə təsir göstərəcək: "Azərbaycan bu nəqliyyat mənzərəsinin dəyişdirilməsi prosesində mühüm rol oynayır. Bakı Avropa İttifaqını bu yeni nəqliyyat sisteminin bir hissəsi kimi görmək istərdi".

AzVision.az


Teqlər:



Xəbər lenti