Ötən ay 92 nəfər zəhərlənib, 3-ü ölüb
Pasiyentlərin 32 nəfəri dərman preparatlarından, 30 nəfəri sirkə turşusundan, üç nəfəri spirtli içkilərdən, bir nəfəri həlledici məhluldan, bir nəfəri yandırıcı məhlullardan, bir nəfəri allergik reaksiyalardan, 9 nəfəri fosfor üzvi birləşmələrindən, bir nəfəri anafilaktik şokdan, yeddi nəfəri tüstüdən, beş nəfəri isə dəm qazından zəhərlənmə səbəbi ilə müalicəyə cəlb olunub.
Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji və reanimasion yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.
Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, üç nəfərin (2 kişi və 1 qadın) həyatını xilas etmək mümkün olmayıb.
Ölüm hallarının əsas səbəbləri ağır dərəcəli anafilaktik şok və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


