Şəkiyə gələn turistlərin sayı açıqlanıb

Şəkiyə gələn turistlərin sayı açıqlanıb
  02 Dekabr 2025    Oxunub:888
"Şəki rayonuna cari il ərzində 21 mindən çox turist səfərə gəlib".
Bu barədə Şəki Regional Turizm İdarəsinin rəisi Şahin Məlikov rayonun qış turizm potensialı ilə tanışlıq mövzusunda təşkil olunan media-turda məlumat verib. O bildirib ki, bu rəqəm yalnız rayon ərazisindəki hotellərdə gecələyən turistlərin sayıdır:

"Digər yerləşmə müəssisələri üzrə turistlərin sayını da hesaba qatsaq, bu say daha da artır. Şəkidə ümumilikdə 42 yerləşmə müəssisəsi fəaliyyət göstərir. Eyni zamanda, rayonda 1 beş ulduzlu, 6 üç ulduzlu, 1 iki ulduzlu hotel mövcuddur".

Şahin Məlikov həmçinin diqqətə çatdırıb ki, regionda turizm sahəsi üzrə sahibkarlığın inkişafı dövlət nəzarətindədir. Bu məqsədlə aşağı faizli kreditlərin və xüsusi imtiyazların verilməsi həyata keçirilir:

"Dövlət Turizm Agentliyi də sənayenin dostu kimi bu işlərdə sahibkarlara dəstək göstərir, regiona mütəmadi infoturlar təşkil olunur".

AzVision.az


Teqlər: Şəki   turizm  



Xəbər lenti