Sabah güclü külək əsəcək

   Sabah güclü külək əsəcək
  02 Dekabr 2025    Oxunub:291
Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda dekabrın 2-si axşamdan 3-ü gündüzədək güclü külək əsəcək.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq verib. Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naftalan, Goranboy, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Qobustanda qısamüddətli qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

AzVision.az



Teqlər:



Xəbər lenti