Kiberpolisdən onlayn dələduzluq piramidasına qarşı əməliyyat I VİDEO
Araşdırmalarla məlub olub ki, onlar "Whatsapp" və digər ani mesajlaşma şəbəkələrində yaratdıqları qruplara üzv olan 400 nəfərdən artıq şəxsə "Zuerx" piramidasına kriptovalyuta formasında yatırımlar etməklə böyük məbləğlərdə gəlir qazanacaqlarına dair yalan vədlər veriblər. Saxlanılan şəxslər insanlarda inam yaratmaq və platformaya yeni üzvlər cəlb etmək məqsədilə zərərçəkənlərin hesablarına bir neçə dəfə kriptovalyuta formasında simvolik məbləğlərdə ödənişlər də köçürüblər.
Daha çox gəlir əldə etmək niyyətilə həmin dələduzluq piramidasına böyük məbləğlərdə pul vəsaiti göndəriblər. Sonda isə zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirən dəstə üzvləri "Zuerx" piramidasının fəaliyyətini dayandırıblar. Faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


