Ermənistan mətbuatının rəsmi mənbələrə istinadən yaydığı
xəbərə görə, ölkənin Nazirlər Kabinetinin
saytında ümumilikdə 13 fayl yerləşdirilib. Onların arasında 2011-ci ildə Kazanda baş tutmuş müzakirələrin, 2019-cu ildə vasitəçi tərəflərin irəli sürdükləri təkliflərin sənədləri, habelə sabiq prezident Serj Sarkisyanın 2016-cı ilin avqustunda rusiyalı həmkarı Vladimir Putinə ünvanladığı məktubun mətni də var.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə müxalifətinin tələbləri fonunda sözügedən sənədlərin açılacağını hələ noyabrın 12-də yerli mətbuata müsahibə verərkən diqqətə çatdırmışdı.
Firudin Həmidli
AzVision.az