Aİ diplomatiyasının keçmiş rəhbəri saxlanılıb
Avropa Xarici Əlaqələr Xidmətinin (EEAS) Brüsseldəki mənzil-qərargahında Aİ-nin vəsaitlərindən mümkün sui-istifadəsi ilə bağlı araşdırmanın bir hissəsi kimi axtarışların aparıldığını təsdiqləyib. Keçirilən əməliyyat tədbirləri nəticəsində 3 şübhəli saxlanılıb.
“Brüggedəki Avropa Kollecinin bir neçə binasında, eləcə də müttəhimlərin iqamətgahlarında paralel araşdırmalar aparılıb. Həbs olunanlar dələduzluq, korrupsiya və cinayətkar maraqların toqquşması maddələri ilə ittiham olunurlar. Axtarışlar zamanı çoxlu sənədlər ələ keçirilib. İstintaq Avropa Fırıldaqçılıqla Mübarizə Bürosunun (OLAF) köməyi ilə aparılır”, - EPPO-ya istinad edən “AFP” yazır.
İlkin məlumatlara görə, EEAS əməkdaşları gənc diplomatların on aylıq təhsil proqramı üçün 2021-ci il tenderinin seçim meyarları ilə bağlı Avropa Kollecinə əvvəlcədən məlumat vermiş ola bilər.
Müsabiqədən sonra bu qurum 654 min avro məbləğində maliyyə vəsaiti əldə edib. Kollecə EEAS-ın keçmiş başçısı Federika Mogerini rəhbərlik edir. Hazırda heç kimə qarşı rəsmi ittiham irəli sürülməyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


