Sərhədi pozan 20 əcnəbi saxlanılıb

   Sərhədi pozan 20 əcnəbi saxlanılıb
  03 Dekabr 2025    Oxunub:1156
Ötən ay dövlət sərhədini pozan 27 nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, onların 7-si Azərbaycan, 12-si Pakistan, 2-si İran, 1-i Əlcəzair, 1-i Özbəkistan, 1-i Almaniya, 1-i Türkiyə, 1-i Misir, 1-i Sudan vətəndaşı оlub.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 15 nəfər saxlanılıb. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 586 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində noyabrda hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 402 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Belə ki, ölkədən çıxışı qadağan edilmiş 531 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 50 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.

AzVision.az



Teqlər:



Xəbər lenti