Bakıda orta əməkhaqqı 1 360 manatdır

  Bakıda orta əməkhaqqı 1 360 manatdır
  03 Dekabr 2025    Oxunub:1169
Bu ilin yanvar-sentyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 360,4 manat təşkil edib.
Bu barədə AzVision.az -a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar-sentyabr ayları ilə nisbətən 8,6 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,7 % artaraq 1 093,8 manat təşkil edib.

AzVision.az



Teqlər:



Xəbər lenti