Paşinyan: "Bakı ilə əlaqələrimizdə etimad mütləqdir"

    Paşinyan:    "Bakı ilə əlaqələrimizdə etimad mütləqdir"
  03 Dekabr 2025    Oxunub:1158
"Bir daha bildirməliyəm ki, Ermənistan ilə Azərbaycan arasında artıq sülh yaranıb. Vəzifəmiz bu sülhü qorumaq, möhkəmləndirmək və institusional hala gətirməkdir".
Bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi əsnasında söyləyib. O vurğulayıb ki, iki ölkə arasında münasibətlərdə etimadın "hətta bir millimetr artması əməli müstəvidə 10 santimetr irəliləyiş" deməkdir:

"Bu, tamamilə sadə bir düsturdur".

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh sazişi paraflanıb, eyni zamanda, sülh bəyannaməsi imzalanıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Ermənistan   Azərbaycan   sülh   etimad  



Xəbər lenti