Elnarə Akimova: "DTX-nin həyata keçirdiyi son tədbirlərin mənəvi əhəmiyyəti daha böyükdür"
“Prosesləri izlədikcə sual vermək istəyirsən. Bu dövlət, bu vətən sizə nə etmişdi cənablar? Niyə onu özgələrə möhtac etmək üçün çalışırdınız? 300 illik siyasi rəzalətdən 5 ildir ki, qurtulmuşuq. Qarabağın işğaldan azad edilməsi bu millətin ən böyük arzusu idi. Gerçəkləşmiş bu arzunu niyə qaralamağa çalışdınız? Bu təkcə hüquqi tədbir deyil. Söhbət təkcə dövlətin təhlükəsizliyindən getmir. Millətin maraqlarından gedir.
Bu mənada Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi son tədbirlərin mənəvi əhəmiyyəti çox böyükdür. Hədəfdə Vətən və Dövlət varsa, o hədəfə atılan bütün daşlar əmin olun ki, millətin sinəsinə dəyəcək. Millət öz canını sipər edib öz Vətənini və Dövlətini qoruyacaq. Xalq Şairi Məmməd Arazın misralarını xatırlayıram: “İndi öz hökmünlə ev dustağı sən, Üzü dönüklərə dönükdür bu xalq...” Əlbəttə, ən həlledici məqamlarda xalq üzü dönüklərə dönük olur”,- deyə millət vəkili qeyd edib.
E.Akimova onu da vurğulayıb ki, bu gün gündəmdə olan məsələ hakimiyyət məsələsi deyil, məsələnin heç partiylararası münasibətlərə də aidiyyəti yoxdur: “Bunu iqtidar-müxalifət məsələsi də hesab etmək doğru olmaz. Bu, Dövlət və Vətən məsələsidir. Dövlətə atılan bumeranqlar ən sərt şəkildə geri qayıdır. Müstəqil dövlətimizin siyasi sisteminə, yaxud üç yüz ildən sonra əbədi və qorxulu düşmənlərini məğlub etmiş Vətənin maraqlarına qarşı çıxmağı yalnız ümumi adı beşinci kalon olan fərdlər edə bilərdi”.
AzVision.az
Teqlər: DTX Millət-vəkili







Vaxtında, Aydın, Lazımlı!


