Mağazada arvadını öldürmək istəyən kişiyə cinayət işi açılıb

Mağazada arvadını öldürmək istəyən kişiyə cinayət işi açılıb
  03 Dekabr 2025    Oxunub:1204
Bakıda mağazada arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən ər barəsində cinayət işi başlanıb.
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, dekabrın 2-də Bakının Səbail rayonu Ü.Hacıbəyov küçəsi ərazisində yerləşən mağazalardan birində 1995-ci il təvəllüdlü Leyla Quliyevanın qəsdən öldürülməsinə cəhd faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanaraq qadının əri Faxrəddin Quliyev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

AzVision.az



Teqlər:



Xəbər lenti