Ceyhun Bayramov türkiyəli həmkarı ilə görüşüb

   Ceyhun Bayramov türkiyəli həmkarı ilə görüşüb
  04 Dekabr 2025    Oxunub:1182
Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.
Xarici İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata əsasən, görüşdə Azərbaycan-Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı məsələləri, habelə geniş bölgədə mövcud təhlükəsizlik vəziyyəti, regional sülh və sabitliyin təmin olunması istiqamətində görülən tədbirlər müzakirə olunub.

Bu çərçivədə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər iqtisadiyyat və ticarət, energetika və nəqliyyat-kommunikasiya layihələri, o cümlədən regional bağlantı təşəbbüslərinin reallaşdırılması ilə bağlı perspektivləri nəzərdən keçiriblər.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan və Türkiyənin bir-birini qarşılıqlı şəkildə dəstəkləməsinin regional əməkdaşlığa müsbət töhfə verdiyini vurğulayıblar.

Nazirlər həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

AzVision.az


Teqlər: XİN   Türkiyə   nazir   görüş  



Xəbər lenti