Şəmkirdə avtobus kanala aşıb: 12 yaralı

Şəmkirdə avtobus kanala aşıb:    12 yaralı
  04 Dekabr 2025    Oxunub:1395
Bu gün səhər saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
TƏBİB-dən AzVision.az -a verilən məlumata əsasən, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

AzVision.az


Teqlər: qəza  



Xəbər lenti