Dağlıq ərazilərdə qar yağır

Dağlıq ərazilərdə qar yağır
  04 Dekabr 2025    Oxunub:1252
Dekabrın 4-ü saat 10:00 üçün məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata əsasən, Lənkəran-Astara zonasında leysan xarakterli intensivdir, Zaqatalanın (Əlibəy) yüksək dağlıq ərazilərində isə qar yağır. Yağan qarın hündürlüyü 1 sm-dir.

Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 44, Lerikdə 4, Yardımlıda 2, Gədəbəy, Qax, Zaqatala, Qəbələ, Quba, Şabran, Göyçayda 1 mm-dir.

Naxçıvan, Şərur, Sədərək, Gəncə, Şəmkir, Qax, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Zərdab, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

AzVision.az


Teqlər: hava   yağış   qar  



Xəbər lenti