Bərdədə tullantıların yandırılmasına görə direktor cərimələnib
"Faktla bağlı poliqonun idarə edilməsinə cavabdeh Bərdə Kommunal Təsərrüfatı İdarəsinin direktoru Natiq Qasımov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Poliqonda tullantıların düzgün idarə olunmasının təmin edilməsi və gələcəkdə belə halların təkrarlanmaması məqsədilə Bərdə Kommunal Təsərrüfatı İdarəsinə “Ekoloji tələb” verilib. Eyni zamanda mövcud vəziyyətlə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə müraciət olunub.
Ətraf mühitin mühafizəsinə həssas münasibət göstərən vətəndaşlarımıza təşəkkür edir və bu kimi hallarla rastlaşdıqları zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “168 Çağrı Mərkəzi”nə müraciət etmələrini xahiş edirik".
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


