Ceyhun Bayramov norveçli həmkarı ilə müzakirələr aparıb

Ceyhun Bayramov norveçli həmkarı ilə müzakirələr aparıb
  04 Dekabr 2025    Oxunub:1189
Xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in 32-ci Nazirlər Şurası iclası çərçivəsində Norveç xarici işlər naziri Espen Bart Eyde ilə görüşüb.
AzVision.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Nazirlər iki ölkə arasında münasibətlərinin mövcud vəziyyətini nəzərdən keçirib, siyasi dialoqun və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.

Nazir Bayramov həmkarına Cənubi Qafqazda yaranmış yeni regional reallıqlar barədə də məlumat verib.

AzVision.az



Teqlər:



Xəbər lenti