MN-də Belarus hərbçiləri ilə görüş keçirilib

MN-də Belarus hərbçiləri ilə görüş keçirilib
  05 Dekabr 2025    Oxunub:1303
Azərbaycan və Belarus müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Belarus nümayəndə heyəti ilə "Pilotsuz aviakomplekslərin tətbiqi və pilotsuz uçuş aparatları operatorlarının hazırlanması sahəsində əməkdaşlığa dair işçi görüş" keçirilib.
Müdafiə Nazirliyindən AzVision.az -a verilən məlumata əsasən, görüşdə insansız hava sistemləri sahəsində ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirərək maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

AzVision.az


Teqlər: MN  



Xəbər lenti