Putinin köməkçisi Avropanı ittiham edib

   Putinin köməkçisi Avropanı ittiham edib
  05 Dekabr 2025    Oxunub:1350
Avropa dövlətləri Moskva üçün qəbuledilməz şərtlər irəli sürməklə Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə həlli prosesini çətinləşdirir.
AzVision.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov “Zvezda” telekanalına müssahibəsində belə deyib.

“Onların dərc olunmuş planını gördünüz. Mən inanıram ki, bundan artıq imtina edilib. Hər halda, biz prezidentimizin iştirak etdiyi əsas danışıqlardayıq və düşünürəm ki, biz irəliləyiş əldə olunur. Bu, bizə ümid verir və biz Amerikanın bu komandası ilə işləməyə davam etməyə hazırıq”, - rusiyaklı məmur söyləyib.

Uşakov, eyni zamanda, eyd edib ki, biznesmen və ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner nizamlanma məsələləri üzərində çox fəal işləyir.

- Kuşner artıq bir müddətdir ki, Rusiya-Ukrayna sülh prosesində iştirak edir və mən deyərdim ki, bəzi sahələrdə çox aktiv, hətta çılğın şəkildə işləyir. Üstəlik, əsas odur ki, Kuşnerin xarakteri bu işə daha sistemli yanaşma gətirib”, - Putinin köməkçi vurğulayıb.

Putinin Uitkoff və Kuşnerlə görüşü başlayıb
“The Wall Street Journal WSJ)” nəşrinin məlumatına görə, Avropa ölkələrinin fikrincə, ABŞ-dən təhlükəsizlik zəmanəti olmadan Kiyev Rusiya ilə müqavilə bağlamamalıdır.

“Ukrayna prezidenti Volodimir Zelenski ilə Avropa liderləri arasında söhbət zamanı avropalılar Vaşinqtonun bu təminatların verilməsində əsas rolu öz üzərinə götürməsində israr ediblər. Onlar “Rusiyanın tələbləri ilə razılaşmaqdan” əvvəl ABŞ-nin bu məsələdə mövqeyinin aydın izahatının alınmasının vacibliyini vurğulayıblar”, - mənbələr qəzetə açıqlamalarında bildiriblər.

Almaniyanın “Der Spiegel” jurnalının iddiasına əsasən, Fransa prezidenti Emmanuel Makron “Təhlükəsizlik zəmanətləri ilə bağlı aydınlıq olmadan ərazi məsələsində ABŞ-nin Ukraynaya xəyanət etməsi riski var” . Guya, o, həmçinin Zelenskiyə “böyük təhlükə” olduğunu deyib. Bununla belə, Yelisey Sarayı əmin edib ki, Makron “bu sözləri işlətməyib”.

Xatırladaq ki, dekabrın 2-də Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerin də daxil olduğu Amerika nümayəndə heyəti ilə danışıqlar aparılıb.

- Kompromis tapılmadı, lakin Amerikanın bəzi təklifləri az-çox məqbul görünür. Amma onları müzakirə etmək lazımdır”, - görüşdən sonra Yuri Uşakov verdiyi açıqlamada demişdi.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Uşakov   Avropa   ittiham  



Xəbər lenti