Ermənistanda azərbaycandilli kanal bağlandı - VİDEO

Ermənistanda azərbaycandilli kanal bağlandı     - VİDEO
  06 Dekabr 2025    Oxunub:1182
Ermənistanda fəaliyyət göstərən azərbaycandilli televiziya layihəsi “ReOpen Media” fəaliyyətini dayandırdığını açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Real TV” məlumat yayıb.

Bildirilib ki, qurum dekabrın 6-da gecəyarısı təcili efirə çıxaraq maliyyə çətinlikləri və siyasi təzyiqlər səbəbindən bağlandığını bəyan edib. Rəsmi açıqlamada maliyyə problemləri əsas səbəb kimi göstərilsə də, layihənin bağlanmasının son günlərdə yaşanan gərginliklə birbaşa bağlı olduğu bildirilir.

Xatırladaq ki, dekabrın 3-də kanalın canlı efirində aparıcı Vəfa Həmzəyeva ilə “ReOpen Media”nın aparıcısı Diana Karapetyan arasında telekörpü təşkil olunub. Söhbətin siyasi mövzulara toxunulmadan aparılacağı əvvəlcədən razılaşdırılsa da, Karapetyan efir zamanı “Artsax” ifadəsini işlədərək gərginliyə səbəb olub.

Ətraflı videomaterialda:



AzVision.az



Teqlər: Azərbaycan   Ermənistan  



Xəbər lenti