Biləsuvarda maşın kanala aşıb I 5 nəfər ölüb

   Biləsuvarda maşın kanala aşıb    I 5 nəfər ölüb
  07 Dekabr 2025    Oxunub:921
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
Hadisə axşam saatlarında rayonun Zəhmətabad kəndi ərazisində qeydə alınıb. “Lexus” markalı minik avtomobili sürücünün idarəetməni itirməsi nəticəsində yolun kənarındakı su kanalına aşıb.

Güclü zərbə və avtomobilin qısa müddətdə suya qərq olması səbəbindən maşında olan beş nəfər - sürücü — 2003-cü il təvəllüdlü Vasif Həsənli, sərnişinlər — 2001-ci il təvəllüdlü Rusif Həsənli, 1990-cı il təvəllüdlü İldırım Həsənli, 2000-ci il təvəllüdlü Məhəmməd Məmmədli və 2007-ci il təvəllüdlü Əliqardaş Rəsulzadə həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.


AzVision.az


Teqlər:



Xəbər lenti