Qobuda "TIR"la "Prius" toqquşub I 3 nəfər ölüb

   Qobuda "TIR"la "Prius" toqquşub    I 3 nəfər ölüb
  08 Dekabr 2025    Oxunub:868
Bu gün saat 08:35 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisindən keçən avtomobil yolunda ağır qəza baş verib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Umudvar Abbasovun idarə etdiyi “MAN” markalı yük avtomobili yağışlı hava şəraiti və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetmə itib və qarşıdan gələn “Toyota” markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində “Toyota Prius” markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Mariyə Məmmədova hadisə yerində həyatlarını itirib, digər sərnişin Mübarək Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi isə bildirib ki, dekabrın 8-də saat 09:30 radələrində mərkəzə Qobu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərin (kişi) həkiməqədər ölüm faktı, 1 nəfərin (qadın) isə xəstəxanaya qədər ölüm faktı qeydə alınıb.


AzVision.az










Teqlər:



Xəbər lenti