İştirakçılar Qarabağ regionuna ADY-nin yeni açılmış Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin qatarı ilə yola düşüblər.
Səfər çərçivəsində turizm sənayesi nümayəndələri Xankəndi və Şuşada yerləşən mövcud hotellərlə, şəhərlərin təbii və mədəni irsi ilə yaxından tanış olublar.
Həmçinin dekabrın 6-8-də Dövlət Turizm Agentliyinin Qarabağ Regional Turizm İdarəsi tərəfindən turizm şirkətləri və blogerlər üçün Şuşa, Xankəndi, Laçın və Zəngilan istiqamətlərinə infotur keçirilib.
İnfotur zamanı iştirakçılar bölgədəki mövcud turizm vəziyyəti, bərpa-quruculuq prosesləri və regionun formalaşmaqda olan yeni turizm infrastrukturu ilə tanış olublar.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


