Hikmət Hacıyev üç Avropa ölkəsinin nümayəndələri ilə görüşüb

Hikmət Hacıyev üç Avropa ölkəsinin nümayəndələri ilə görüşüb
  10 Dekabr 2025    Oxunub:920
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Belçika, Niderland və Lüksemburq xarici İşlər nazirliklərinin Azərbaycana səfərə gəlmiş siyasi direktorları ilə görüş keçirib.
AzVision.az xəbər verir ki, bu barədə Lüksemburq Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, siyasi direktorlar Azərbaycana adları çəkilən ölkələrin sülh gündəliyinə, konnektivliyə və Azərbaycanda iqtisadi inkişafa töhfə verməsi mövzusunda müzakirə aparmaq məqsədilə gəliblər:

"Faydalı müzakirələrə görə Hikmət Hacıyevə, Azərbaycan XİN-ə və Milli Məclisə təşəkkür edirik".

AzVision.az


Teqlər: Belçika   Niderland   Lüksemburq   nümayəndə   Azərbaycan   səfər   görüş  



Xəbər lenti