Paytaxtın iki küçəsinin kəsişməsi yenidən qurulacaq

Paytaxtın iki küçəsinin kəsişməsi yenidən qurulacaq
  10 Dekabr 2025    Oxunub:894
Bakıda Həsən bəy Zərdabi küçəsi və Heydər Hüseynov küçəsinin kəsişməsində mübahisəli vəziyyətin aradan qaldırılması, növbəli hərəkətin təşkili və piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə yeni layihə icra olunur.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AzVision.az -a verilən məlumata əsasən, indiyədək Heydər Hüseynov küçəsindən metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkət olmadığından sürücülər bu küçədən gəlib sağa dönərək Məmmədşərif Həmidov küçəsini keçdikdən sonra geriyə dönmək məcburiyyətində qalırdılar. Sözügedən trayektoriya uzun məsafə qət edilməsinə və əlavə vaxt itkisinə səbəb olurdu. Eyni zamanda. ərazidə piyada keçidi olmadığından piyadaların təhlükəsizliyi təmin olunmurdu.

Yeni layihəyə əsasən, sözügedən kəsişməyə işıqfor obyektləri quraşdırılır, Heydər Hüseynov küçəsindən metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkət təmin edilir.

AzVision.az


Teqlər: AYNA  



Xəbər lenti