20 xəstəxananın rəsmi saytı istifadəyə veriləcək

20 xəstəxananın rəsmi saytı istifadəyə veriləcək
  11 Dekabr 2025    Oxunub:990
"20 tibb müəssisəsinin rəsmi saytı hazırlanma mərhələsindədir".
Bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xəzər Tibb Mərkəzində təşkil olunan mediaturda məlumat verib. O diqqətə çatdırıb ki, təkcə Bakı şəhərində yox, rayonlarda yerləşən xəstəxanaların, o cümlədən Quba və Lənkəran mərkəzi xəstəxanalarının rəsmi saytları hazırlanaraq vətəndaşlara təqdim olunacaq:

"Tezliklə bu saytların təqdimatı baş tutacaq. Burada vahid standart əsasında vahid platformanın hazırlanmasından söhbət gedir. Bu da informasiya açıqlığı siyasətinin əsas tərkib hissələrindən birinə çevriləcək".

AzVision.az


Teqlər: mediatur  



Xəbər lenti