Metropoliten yenə üzr istədi

Metropoliten yenə üzr istədi
  24 Aprel 2013    Oxunub:1247
Bakı Metropoliteni səhər saatlarında qatarların hərəkətində baş verən gecikmə ilə bağlı məlumat yayıb.
Metropolitenin yaydığı məlumatda bildirilir ki, bu gün saat 7:34 dəqiqədə «Koroğlu» stansiyasının 2-ci yolunda 4 saylı marşrutla hərəkət edən sərnişin qatarında texniki nasazlıq baş verib.

Sərnişinlər qatardan boşaldılıb, nasaz qatar köməkçi qatar vasitəsilə xətdən çıxarılaraq, “Nərimanov” elektrik deposuna göndərilib.

Məlumatda həmçinin, İyirmi dəqiqədən sonra metropolitenin xətlərində qatarların normal hərəkətinin bərpa olunduğu bildirilir.

Bakı Metropoliteninin yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir.


Teqlər:  





Xəbər lenti