Spigel: “Putinlə Trampın Avropaya hücumu”

    Spigel:  “Putinlə Trampın Avropaya hücumu”
  12 Dekabr 2025    Oxunub:1018
“Spigel” jurnalının dekabrın 12-də çıxan yeni buraxılışının üz qabığında Rusiya və ABŞ prezidentləri Vladimir Putinin və Donald Trampın şəkli yerləşdirilib.
AzVision.az xəbər verir ki, şəkildə Putinin Avropanın üstündə qaldırdığı bıçaq, Trampın isə Rusiya prezidentinin arxasında dayanaraq əllərini Putinin çiyinlərinə qoyduğu göstərilir.

Bu şəkil nəşrin “Tramp və Putin Avropaya necə hücum edir. İki cani, bir məqsəd” başlıqlı əsas məqaləsini təsvir edir. Məqalənin girişində deyilir ki, Amerika lideri “Qoca qitəyə xor baxır” , Avropa isə iki prezident arasında “müttəfiqliyə qarşı strategiya hazırlaya bilmir”.

“Putin ABŞ və Avropa arasında “transatlantik parçalanmadan” faydalanır: Rusiya prezidenti Trampla bərabərhüquqlu, “avropalıların heç bir müdaxiləsi olmadan” danışıqlar aparır. ABŞ yeni Milli Təhlükəsizlik Strategiyasında NATO-nun genişlənməsini rədd edir və əsasən Kremlin dünyagörüşü ilə razılaşır”, - materialda vurğulanır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Şpigel   Putin   Tramp  



Xəbər lenti