Bakıda “16-cı NATO günləri” keçirilib - FOTOLAR

   Bakıda “16-cı NATO günləri” keçirilib    - FOTOLAR
  13 Dekabr 2025    Oxunub:1098
“16-cı NATO günləri” çərçivəsində Alyansın Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.
AzVision.az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, səfərin məqsədi Azərbaycanla NATO arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi, tərəfdaşlıq proqramları üzrə öhdəliklərin icrası və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi olub.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyində, Heydər Əliyev adına Hərbi İnstitutda, eləcə də Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin tərkibində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) üzrə bəyan edilmiş bölmələrinin olduğu hərbi hissələrdə görüşlər keçirilib.




Tədbirlərdə Azərbaycan - NATO əməkdaşlığı çərçivəsində ölkəmizin beynəlxalq təhlükəsizliyin təminatında fəal iştirak etdiyi vurğulanıb. Azərbaycan Ordusunun şəxsi heyətinin sülhməramlı missiyalardakı fəaliyyəti qlobal təhlükəsizliyə dəyərli töhfə kimi qiymətləndirilib. Azərbaycanın NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramında fəal iştirakı, eləcə də ƏİK proqramı çərçivəsində əldə etdiyi nailiyyətlər də diqqətə çatdırılıb.



Görüşlərdə hərbi təhsil və təlim sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan zabitlərinin NATO təlimləri və qərargahlarında iştiraklarının onların əməliyyat, idarəetmə və hərbi elmi biliklərinin zənginləşməsində faydalı olduğu qeyd edilib. Nümayəndə heyəti üçün müxtəlif brifinqlər və dəyirmi masa müzakirələri təşkil olunub.

“16-cı NATO günləri” çərçivəsində keçirilən görüşlərin sonunda hədiyyə mübadilələri aparılıb, xatirə şəkilləri çəkdirilib.




AzVision.az


Teqlər: Azərbaycan   NATO   əməkdaşlıq  



Xəbər lenti