Ulu Öndərin xatirəsi Niderlandda anılıb
Diplomat çıxışında Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanı regionun liderinə və qüdrətli dövlətinə çevirdiyini vurğulayıb. Niderlanddakı Azərbaycan icma təşkilatlarının rəhbərləri - Benilüks Azərbaycanlıları Konqresinin sədri, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Elsevər Məmmədov, Avro-Atlantik Azərbaycanlıları Tərəfdaşlıq Şurasının baş katibi Sahil Qasımov və Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində oynadığı müstəsna roldan, Azərbaycan diasporunun təşkilatlanması və fəaliyyətinin gücləndirilməsinə göstərdiyi xüsusi diqqətdən bəhs ediblər.
Mərasim çərçivəsində Ümummilli Liderin zəngin dövlətçilik irsini əks etdirən film nümayiş olunub. Tədbir Niderlandda yaşayan azərbaycanlı pianoçu Jalə İbrahimovanın ifasında həzin musiqi proqramı ilə davam edib.
AzVision.az
Teqlər: Ulu-Öndər Niderland xatirə







Vaxtında, Aydın, Lazımlı!


