Qusarda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib

Qusarda bir ailənin dörd üzvü dəm qazından zəhərlənib
  15 Dekabr 2025    Oxunub:1016
Qusarda 4 nəfər dəm qazından zəhərlənib.
Hadisə rayonun Üzdənoba kəndində qeydə alınıb. Bir ailənin üzvü olan 4 nəfər qaz sobası ilə qızdırılan evdə dəm qazından zəhərləniblər.

Ev sahibi Faiz Sadikov, onun həyat yoldaşı Zalina Sadikova, 7 və 5 yaşlarında iki azyaşlı övladları Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. İlkin tibbi yardımdan sonra vəziyyətləri yaxşı olduğu üçün ailənin 4 üzvü də evə buraxılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti