Gizir Xanıya şəhidlik statusu verildi

   Gizir Xanıya şəhidlik statusu verildi
  15 Dekabr 2025    Oxunub:1196
Ağdamda minaya düşərək həlak olan Gizir Xanıya şəhidlik statusu verilib.
AzVision.az xəbər verir ki, 23 sentyabr tarixində rayonun Mirəşelli kənd ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib.

Bu barədə məlumatı S.Əhmədovun yaxınları təsdiqləyib.

Qeyd edək ki, S.Əhmədov uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət edib. 44 günlük Vətən müharibəsinə də könüllü qatılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti