BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq gündəmdə
Tərəflər “Bakı Prosesi” çərçivəsində formalaşmış tərəfdaşlığın beynəlxalq mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynadığını vurğulayıblar.
Müzakirələr zamanı Azərbaycanın UNAOC-la birgə həyata keçirdiyi təşəbbüslər, o cümlədən əvvəlki illərdə təşkil olunmuş beynəlxalq forumlar, cari dövrdə keçirilən tədbirlər və növbəti mərhələdə planlaşdırılan forumlar barədə fikir mübadiləsi aparılıb. Bu platformaların multikultural dəyərlərin təşviqi, dini və mədəni dözümlülüyün möhkəmləndirilməsi baxımından əhəmiyyəti xüsusi qeyd edilib.
Görüşdə, həmçinin qlobal çağırışlar fonunda mədəni diplomatiyanın rolu, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Tərəflər Azərbaycan ilə UNAOC arasında əməkdaşlığın bundan sonra da qarşılıqlı hörmət və ortaq dəyərlər əsasında inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


