Azərbaycan yeni sazişə qoşulur

   Azərbaycan yeni sazişə qoşulur
  16 Dekabr 2025    Oxunub:306
Azərbaycan “Kosmonavtların xilas edilməsi, kosmonavtların geri qaytarılması və kosmik fəzaya çıxarılmış obyektlərin geri qaytarılması haqqında Saziş”ə qoşulur.
AzVision.az xəbər verir ki, bununla bağlı qanun layihəsi parlamentin dekabrın 16-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, Saziş 1968-ci il aprelin 22-də London, Moskva və Vaşinqton şəhərlərində imzalanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti