Ötən gün 47 cinayətin üstü açılıb

Ötən gün 47 cinayətin üstü açılıb
  20 Dekabr 2025    Oxunub:1672
Dekabrın 19-da polis əməkdaşları ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin üstünün açılmasına müvəffəq olublar.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, axtarışda olduğuna görə ümumilikdə 285, o cümlədən borclu şəxs qismində axtarışda olan 262 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

AzVision.az


Teqlər: DİN   cinayətlər   saxlanmalar  



Xəbər lenti