Ombudsman BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
Müvəkkil ötən dövr ərzində Azərbaycan ombudsmanının BMT və onun ixtisaslaşmış qurumları ilə birgə həyata keçirilmiş layihələrin, hər il Beynəlxalq İnsan Hüquqları Günü ilə əlaqədar təşkil edilən müsabiqə və tədbirlərin əhəmiyyətini yüksək dəyərləndirib.
Səbinə Əliyeva ölkəmizdə səlahiyyət müddəti başa çatan rezident əlaqələndiriciyə Azərbaycandakı fəaliyyəti dövründə insan hüquqları sahəsində göstərdiyi faydalı əməkdaşlığa görə təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar diləyib.
Vladanka Andreyeva qəbula görə Səbinə Əliyevaya öz təşəkkürünü bildirib, Azərbaycan ombudsmanının insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək dəyərləndirib, birgə əməkdaşlıqdan məmnun olduğunu söyləyib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


