Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatını baş katibini qəbul edib

   Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatını baş katibini qəbul edib
  22 Dekabr 2025    Oxunub:1260
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (ICDO) Baş katibi Ərgüc Kələntərlini qəbul edib.

AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

C.Bayramov cari ildə Bakı şəhərində keçirilmiş Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyası çərçivəsində ilk dəfə olaraq ölkəmizin nümayəndəsi kimi Ə.Kələntərlini təşkilatın baş katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, bu seçimin Azərbaycanın beynəlxalq nüfuzunun və mülki müdafiə sahəsində artan rolunun göstəricisi olduğunu vurğulayıb.

Görüşdə mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, təbii və texnogen fəlakətlərə qarşı mübarizə, humanitar yardımlar sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Baş katib görüş zamanı təşkilatın fəaliyyəti, prioritet istiqamətləri və planları barədə ətraflı məlumat verib.

AzVision.az



Teqlər:



Xəbər lenti