Yunanıstanın yeni səfiri Ceyhun Bayramovla görüşüb
Dövlət və hökumət başçılarımız arasında baş tutan təmasların və aparılan müzakirələrin əlaqələrimizin təməlini təşkil etməklə yanaşı, əməkdaşlığımıza təkan verdiyi bildirilib. İkitərəfli siyasi dialoqun, o cümlədən Xarici İşlər Nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin mütəmadi qaydada keçirilməsinin əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat, ticarət, investisiyalar, ənənəvi və bərpa olunan enerji, nəqliyyat və tranzit, gəmiçilik, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Azərbaycan ilə Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə Birgə Komissiyanın fəaliyyətinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Beynəlxalq və regional formatlar çərçivəsində qarşılıqlı etimada və bir-birinin legitim maraqlarına hörmətə əsaslanan əməkdaşlığın önəmi qeyd edilib. Nazir Ceyhun Bayramov səfiri post-münaqişə dövründə regionda formalaşmış vəziyyət və yeni reallıqlar, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb.
Səfir Mariya Papakonstantinu qəbul üçün təşəkkürünü ifadə edib və fəaliyyəti dövründə Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafına töhfə verilməsi məqsədilə səylərini əsirgəməyəcəyini bildirib. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


