Çövkən oyunu üzrə kubokun finalı keçirilib I VİDEO

Çövkən oyunu üzrə kubokun finalı keçirilib  I VİDEO
  25 Dekabr 2025    Oxunub:1576
24 dekabr 2025-ci il tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən oyunu üzrə 12-ci Prezident Kubokunun final görüşü və mükafatlandırma mərasimi keçirilib
Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıblar.

6 komandanın iştirak etdiyi turnirdə əvvəlcə 3 qrup oyunu keçirilmiş, birinci və ikinci yerləri tutan komandalar yarımfinal mərhələsində mübarizə aparıblar.

Daha sonra yarımfinalın qalibləri çempionluq uğrunda, məğlub komandalar isə üçüncülük uğrunda qarşılaşıblar.



Gərgin keçən üçüncülük qarşılaşmasında Sərhədçi komandası rəqibi Embawood komandasını 2 : 1 hesabı ilə məğlub edərək turnirin bürünc medalını qazanmış, Prezident Kubokunun finalında isə Elit komandası güclü oyun nümayiş etdirərək Polad komandası üzərində 3:2 hesablı üstünlüklə çempion olub.

Oyunların yekun nəticəsinə uyğun olaraq finala qədər mübarizə aparan Polad komandası turniri ikinci yerdə başa vurub.

Final görüşünün sonunda keçirilmiş mükafatlandırma mərasimində ilk üç yeri tutmuş komandalar medal və diplomlarla təltif edilmiş, çempion Elit komandasına isə Prezident Kuboku təqdim olub.

AzVision.az

Qalereya




Teqlər:



Xəbər lenti