Akademiyanın ötən ilki hesabatı dinlənilib

Akademiyanın ötən ilki hesabatı dinlənilib
  24 Aprel 2013    Oxunub:1195
Bu gün keçirilən iclasda çıxış edən AMEA-nın prezidenti Akif Əlizadə bildirib ki, ötən ilki hesabat iclasından bu günədək 9 akademikin dünyasını dəyişdiyini vurğulayıb. Bundan sonra öncə mərhum prezident Mahmud Kərimov və akademik Budaq Budaqov da daxil olmaqla dünyasının dəyişənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hazırda AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev Akademiyanın 2012-ci ildəki fəaliyyətinə dair məruzə təqdim edir. AzVision.az xəbər verir ki, AMEA Rəyasət Heyətinin akademik katibi Vaqif Fərzəliyev iclasda çıxış edərək bildirib ki, 2012-ci ildə 159 problem üzrə araşdırma olub. onun sözlərinə görə, dəqiq elmlərdə 26 problm üzrə 39 elmi iş ortaya qoyulub. V.Fərzəliyev qeyd edib ki, Şamaxı Rəsədxanasına 2 metrlik teleskop Çexiya Respublikasının alimləri tərəfindən hazırlanır.

«Azərbaycan Milli Elmlər Akademiyasına dövlət büdcəsindən 74.4 milyon pul ayrılıb. Daha sonra əlavə olaraq 6 milyon da ayrılıb. əmək haqları və digərləri üçün Prezident fondundan 12 milyon manat ayrılıb. Ümumilikdə isə Azərbaycan Milli Elmlər Akademiyasına 117 milyon 592 540 manat vəsait ayrılıb.

AMEA-nın katibi bildirib ki, gənc alimlərin elmə axışmaması bizi narahat edən məsələdir. V.Fərzəliyev bildirib ki, AMEA-da üzvlərinin çox hisəsi yaşlılardır.

«Burada bizi narahat edən məsələlərdən biri də doktorantura oxuyan oğlanların hərbi xidmətə getməsidir. Gənclərin elmə gəlməməsinin səbəbi isə sosial məsələlərdir. Belə ki, əmək haqqı azlığı və mənzil problemi gəncləri elmdən uzaqlaşdırır».

Sonda Vaqif Fərzəliyev həqiqi və müxbir üzvlərə öz təşəkkürünü bildirib və hesabatı bitirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti