«Büdcədən elmə daha çox pul ayrılsın»

«Büdcədən elmə daha çox pul ayrılsın»
  24 Aprel 2013    Oxunub:1328
«Elmi namizədlərə və elmi adlara görə verilən pullar azdır».
AzVision.az xəbər verir ki, AMEA-nın hesabatı bitdikdən sonra Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov büdcədən elmə daha çox pul ayrılması təklifi ilə çıxış edib. ATU rektoru bildirib ki, buraya texniki avadanlıqların alınması, maddi-texniki bazanın gücləndərilməsi də aiddir.

«Elmə daha çox pul ayrılsa yaxşı olar. Gənclərin elmə maraq göstərməməsi bizi narahat edən məsələlərdəndir. Doktorantura və dissertasiyaya sənəd verənlərin sayı vakant yerlərdən az idi və bu gələcəkdə bizim üçün daha böyük problemlər yaradacaq. Elmi mütəxəssislərin elmi qurumlarla ali məktəblər arasında əməkdaşlığı qənaətbəxş deyil. Qonşu ölkələrlə müqayisədə elmi namizədlərə və elmi adlara görə verilən pullar da azdır”,-deyə rektor bildirib.

Əhliman Əmiraslanov AMEA-nın illik hesabatını yüksək qiymətləndirib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti